Çempionlar Liqası: “Sabah” ilk oyununa çıxır
Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Sabah” bu gün 2026/2027-ci illər mövsümündə ilk oyununa çıxacaq.
Msport.az xəbər verir ki, Bakı klubu I təsnifat mərhələsinin birinci matçında Uelsin TNS komandasını qəbul edəcək.
“Bank Respublika Arena”da keçiriləcək görüş saat 20:00-da başlanacaq. Polşadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyun
7 iyul
20:00. “Sabah” (Azərbaycan) – TNS (Uels)
Hakimlər: Patrik Qriçkieviç, Marçin Boniek, Bartoş Kaşinski, Voyçex Mits
VAR hakimləri: Kornel Paşkieviç, Bartoş Frankovski (hamısı Polşa)
“Bank Respublika Arena”







