Çempionlar Liqası: Son 1/8 finalçılar bilindi
Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.
Msport.az xəbət verir ki, raundun son 4 cavab oyunu keçirilib.
Bununla da bütün 1/8 finalçılar müəyyənləşib. Son olaraq Dortmund “Borussiya”sı, “Real”, PSJ və PSV yoluna davam edib. “Mançester Siti” və “Yuventus” kimi klublar isə mübarizəni dayandırıb.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
“Borussiya” (Dortmund, Almaniya) – “Sportinq” (Portuqaliya) 0:0
İlk oyun – 3:0
PSJ (Fransa) – “Brest” (Fransa) 7:0
İlk oyun – 3:0
“Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə) 3:1
İlk oyun – 3:2
PSV (Niderland) – “Yuventus” (İtaliya) 3:1
İlk oyun – 1:2
Qeyd edək ki, daha əvvəl “Feyenoord”, “Brügge”, “Bavariya” və “Benfika” da 1/8 finala yüksəlmişdi.