Çempionlar Liqası: Son 1/8 finalçılar müəyyənləşəcək
Çempionlar Liqasında pley-off mərhələsinə bu gün yekun vurulacaq.
Msport.az xəbər verir ki, son gündə daha 4 oyun keçiriləcək.
Bununla da son 1/8 finalçılar müəyyənləşəcək. Ən diqqətçəkən oyun “Real”la “Mançester Siti” arasında olacaq. İngiltərədəki ilk görüşdə ispanlar 3:2 hesablı qələbə qazanmışdı.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
19 fevral
21:45. “Borussiya” (Dortmund, Almaniya) – “Sportinq” (Portuqaliya)
İlk oyun – 3:0
00:00. PSJ (Fransa) – “Brest” (Fransa)
İlk oyun – 3:0
00:00. “Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə)
İlk oyun – 3:2
00:00. PSV (Niderland) – “Yuventus” (İtaliya)
İlk oyun – 1:2