featured-image-63633

“Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinin bir oyunda cərimə zərbəsindən 2 qol vuran ilk oyunçu olub.

Msport.az xəbər verir ki, ingilis futbolçu bununla turnirin tarixinə düşüb.

Rays 1/4 final mərhələsinin “Real”la ilk oyununda standart vəziyyətdən rəqibin qapısına iki dəfə yol tapıb. Ona qədər daha 4 futbolçu bunu bacarmışdı. “Barselona”da Rivaldo (“Milan”a qarşı – 2000), “Real”da Kriştianu Ronaldo (“Sürix”ə qarşı – 2009), PSJ-də Neymar (“Srvena Zvezda”ya qarşı – 2018) və “Qalatasaray”da Hakim Ziyeş (“Mançester Yunayted”ə qarşı – 2023) əvvəlki mərhələlərdə bunu reallaşdırıb.

Qeyd edək, qarşılaşma “Arsenal”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bənzər xəbərlər