featured-image-29989

“Real”ın yarımmüdafiəçisi Luka Modriç “Mançester Siti” ilə Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu haqqında danışıb.

Msport.az xəbər verir ki, xorvatiyalı futbolçu özlərinə əmin olduğunu bildirib:
“Bizi böyük oyun gözləyir. Çempionlar liqası xoşumuza gəlir, çünki bu bizim yarışıdır. Biz özümüzə əminik. 100 faiz gücümüzü qoyacağıq.
Zindan klubun tarixindən danışanda bizə göstərdiyi video hələ də yadımdadır. Belə oyunlarda motivasiya özü gəlir.
Növbəti finala bu qədər yaxın olduğunu biləndə yüz faiz gücünü qoyursan. Tarix yazmağa yaxınıq”.
Qeyd edək ki, Madriddə keçirilən ilk oyunda bərabərlik qeydə alınıb – 1:1.

Bənzər xəbərlər