featured-image-46754

Bu gün UEFA Çempionlar Liqasında yarımfinala yüksələcək son iki komandanın adına aydınlıq gələcək.

Msport.az xəbər verir ki, Almaniya “Bavariya”sı doğma meydanda İngiltərə təmsilçisi “Arsenal”ı qəbul edəcək. Cütün ilk görüşü 2:2 hesablı bərabərliklə bitib. Matç saat 23:00-da start götürəcək.

Eyni saatda İngiltərənin turnirdəki digər təmsilçisi “Mançester Siti” İspaniya nəhəngi “Real Madrid”lə üz-üzə gələcək. Komandalar arasında Madriddə baş tutan görüş heç-heçə ilə yekunlaşıb – 3:3.

Qeyd edək ki, daha əvvəl PSJ (Fransa) və “Borussiya Dortmund” ( Almaniya ) komandaları adlarını yarımfinala yazdırıblar.

Bənzər xəbərlər