featured-image-45984

İtaliya A seriyasının XXX turunda “Empoli” ilə qarşılaşan “İnter” 2:0 hesablı qələbə qazanıb.

Msport.az xəbər verir ki, bu nəticədən sonra turnir cədvəlinə 79 xalla başçılıq edən “neradzurra” beşinci yerdə olan “Roma”nı (50) 29 xal qabaqlayır.

Aktivində 29 matç və 50 xalı olan “Atalanta” romalıları keçə bilər. Berqamo təmsilçisi qalib gəlsə belə, İtaliya çempionatının sonuna 8 tur qalmış “İnter”in beşinci yerdən üstünlüyü 24 xaldan çox olacaq. Bu isə o deməkdi ki, Milan klubunu növbəti mövsüm Çempionlar Liqasında iştirakı təmin edib.

Ümumiyyətlə, “İnter” bu mövsüm İtaliya çempionatında keçirdiyi 30 matçdan yalnız 5-də xal itirib. Simone İnzaqinin yetirmələri 30 oyununda 25 qələbə qazanaraq tarixlərində yalnız ikinci dəfə belə göstəriciyə imza atıb. Komanda ilk dəfə 2006-07 mövsümündə Roberto Mançininin rəhbərliyi altında bunu bacarmışdı.

Cari çempionatda “İnter” 4 heç-heçə edib, 1 dəfə məğlubiyyətlə üzləşib.

Bənzər xəbərlər