Çempionlar Liqasında 10 oyun: “Fənərbaxça” “Lill”lə üz-üzə
Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunları keçiriləcək.
Msport.az xəbər verir ki, cavab görüşləri çərçivəsində 10 matç baş tutacaq.
“Qarabağ”la “Fənərbaxça” da pley-offa vəsiqələr uğrunda mübarizə aparacaq. Azərbaycan çempionu səfərdə “Lüdoqorets”in qonağı olacaq. Türkiyə təmsilçisi isə “Lill”i qonaq edəcək.
Çempionlar Liqası
III təsnifat mərhələsi
Cavab oyunları
13 avqust
21:00. APOEL – “Slovan”
İlk oyun – 0:2
21:00. “Bodo Qlimt” – “Yagelloniya”
İlk oyun – 1:0
21:00. “Tvente” – “Zalsburq”
İlk oyun – 1:2
21:00. “Fənərbaxça” – “Lill”
İlk oyun – 1:2
21:30. PAOK – “Malmö”
İlk oyun – 2:2
22:00. “Ferentsvaroş” – “Midtulland”
İlk oyun – 0:2
22:00. “Lüdoqorets” – “Qarabağ”
İlk oyun – 2:1
22:30. “Styaua” – “Sparta”
İlk oyun – 1:1
22:30. “Union Sent-Jiloaz” – “Slaviya”
İlk oyun – 1:3
22:45. “Reyncers” – “Dinamo” K
İlk oyun – 1:1
Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsi avqustun 20-21-də və 27-28-də keçiriləcək.