Çempionlar Liqasında ən böyük hesablı qələbə
İspaniyanın “Atletiko” komandası UEFA Çempionlar Liqasında ən böyük hesablı qələbəsini qazanıb.
Msport.az xəbər verir ki, Madrid təmsilçisi buna qrup mərhələsinin IV turunda evdə Şotlandiyanın “Seltik” klubunu 6:0 hesabı ilə məğlub etməklə nail olun.
Paytaxt klubu daha əvvəl 2014-cü ildə “Malmö” (İsveç) üzərində 5:0 hesablı qalib gəlmişdi.