Çempionlar Liqasında həftənin ən yaxşısı açıqlandı
“Barselona”nın ingiltərəli hücumçusu Markus Reşford Çempionlar Liqasında həftənin oyunçusu seçilib.
Msport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında bildirilib.
Çempionlar Liqasının əsas mərhələsinin I matçında Reşford “Nyukasl”ın qapısına iki qol vurub. Bu, onun Kataloniya klubunda ilk qollarıdır.
Ən yaxşı oyunçu mükafatına Fransisko Trinçao (“Sportinq”), Markus Türam (“İnter”) və Duşan Vlaxoviç (“Yuventus”) da namizəd idilər.