Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizədlər
UEFA Çempionlar Liqasında qrup mərhələsinin VI tur oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Msport.az xəbər verir ki, bunlar “Real”dan Xoselu, “Atletiko”dan Samuel Lino, “Portu”dan Qaleno və “Benfika”dan Anxel di Mariyadır.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə nəticəsində müəyyənləşəcək.







