featured-image-29719

“Mançester Siti”nin futbolçusu Kevin de Bruyne Çempionlar Liqasında həftənin oyunçusu seçilib.

Msport.az xəbər verir ki, “Real”la Madriddə keçirilən oyunda belçikalı futbolçu komandasının yeganə qolunu vurub.

De Bruyne səsvermədə Nikolo Barella, Henrix Mxitaryan (hər ikisi “İnter”) və Vinisius Junioru (“Real”) qabaqlayıb.

Qeyd edək ki, Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları mayın 16-ı və 17-də keçiriləcək.

Royal Türksoy

Bənzər xəbərlər