featured-image-58549

Çempionlar Liqasında daha iki klubun mübarizəni dayandıracağı dəqiqləşib.

Msport.az xəbər verir ki, bu, Liqa mərhələsinin VI turundan sonra bəlli olub.

Mərhələdə ardıcıl 6-cı dəfə uduzan “Yanq Boyz” və “Slovan”ın pley-off şansı qalmayıb. Onlar üçün son iki tur formal xarakter daşıyacaq.

Hazırda 24-cü olan Zaqreb “Dinamo”sunun 8 xalı var. Xal olmayan autsayderlər Xorvatiya klubuna çata bilməyəcək.

Qeyd edək ki, bir gün əvvəl “Leypsiq” də ardıcıl 6-cı məğlubiyyətlə avrokuboklarla vidalaşıb.

Bənzər xəbərlər