featured-image-29581

Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsində daha bir qarşılaşma keçiriləcək. Msport.az xəbər verir ki, İtaliyanın iki təmsilçisi – “Milan” və “İnter” “San Siro”da üz-üzə gələcəklər.

 

Çempionlar Liqası
Yarımfinal, ilk oyun
10 may

23:00. “Milan” (İtaliya) – “İnter” (İtaliya) 0:2 

Qollar: Ceko, 8, Mxitaryan, 11

“Milan”: Menyan, Kyaer, Kalabriya, Ernandes, Tomori, Bennaser, Kruniç, Dias, Salemakers, Tonali, Jiru.

“İnter”: Onana, Darmian, Açerbi, Dimarko, Dumfris, Bastoni, Mxitaryan, Çalhanoğlu, Barella, Martines, Ceko.
Milan. “Cüzeppe Meatsa”. Baş hakim: Xesus Mansano (İspaniya)
Xatırladaq ki, İspaniyanın “Real” və İngiltərənin “Mançester Siti” komandaları arasında baş tutan ilk oyunda heç-heçə qeydə alınıb – 1:1.

Yarımfinalın cavab oyunları mayın 16-17-də keçiriləcək.

Bənzər xəbərlər