featured-image-45103

Bu gün UEFA Çempionlar Liqasında mövsümün son püşkü atılacaq.

Msport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində 1/4 final və yarımfinal mərhələlərinin püşkatma mərasimi keçiriləcək.

Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin iştirakçıları: “Mançester Siti”, “Arsenal” (hər ikisi İngiltərə), “Atletiko”, “Barselona”, “Real” (hamısı İspaniya), “Bavariya”, “Borussiya” Dortmund (hər ikisi Almaniya), PSJ (Fransa).

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları aprelin 9-10-da və 16-17-də, yarımfinalın matçları isə 30 aprel – 1 may və 7-8 may tarixlərində oynanılacaq. Final qarşılaşması iyunun 1-də Londonun “Uembli” stadionunda baş tutacaq.

Bənzər xəbərlər