Çempionlar Liqasında oynanılacaq TOP
UEFA Çempionlar Liqasında 2025-26 mövsümünun həlledici mərhələsində istifadə olunacaq topu təqdim edib.
Msport.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun mətbuat xidməti paylaşım edib.
Sözügedən topla final da daxil olmaqla, pley-off mərhələlərinin matçlarında oynanılacaq.
Qeyd edək ki, ÇL-in 2025-26 mövsümünün final görüşü 2026-cı il mayın 30-da Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək.