Çempionlar Liqasında yeni püşkatma formatı
Gələn mövsümdən etibarən Çempionlar Liqasının püşkatma mərasimi süni intellektin tətbiqi ilə həyata keçiriləcək.
Msport.az xəbər verir ki, bu haqda “Sky Sport” məlumat yayıb.
Mənbənin sözlərinə görə, hibrid metodundan istifadə olunacaq: süni intellekt hər klub üçün 8 rəqib seçəcək. Əvvəllər bu püşkatma əllə aparılırdı.
UEFA-nın bu addımı atmasının səbəbi yeni formatla bağlıdır. Belə ki, yeni formatda əllə püşkatma 3-4 saat vaxt apara bilərdi. Bundan başqa, püşkatma zamanı 900 şar tələb olunacaqdı.
Xatırladaq ki, 2024\2025-ci illər mövsümündən Çempionlar Liqasında 32 yox, 36 komanda mübarizə aparacaq. Öncə komandalar qruplara bölünürdüsə, indi İsveçrə sistemindən istifadə olunacaq və bütün 36 klub bir turnir cədvəlində yer alacaq.
Yeni formata əsasən, qrup mərhələsində 8 tur (öncə 6 idi) olacaq. Komanda 4 oyunu evdə, dördünü isə səfərdə keçirəcək.
8 ən yaxşı komanda avtomatik olaraq pley-offa yüksələcək. 9-24-cü yerləri tutan kollektivlər öz aralarında daha 8 vəsiqənin sahibi müəyyənləşdirəcəklər. 25-36-cı yerləri tutan komandalar avrokuboklarda mübarizəni dayandırırlar.