featured-image-28217

“Milan”ın hücumçusu Rafael Leau bildirib ki, bu il Çempionlar Liqasını qazanmaq istəyirlər.

Msport.az xəbər verir ki, Milan klubu iki oyunun nəticəsinə görə, “Napoli” üzərində qələbə qazanaraq yarımfinala yüksəlib. Portuqaliyalı futbolçu cavab oyununda fərqlənib:

“Əgər mən qol vura bilməsəm, bunu komanda yoldaşlarım edir. Burada olduğum üçün çox şadam. “Milan”ın şərəfini qoruduğum üçün fəxr edirəm. A seriyasında ötən mövsümü yaxşı keçirdim, bu il də isə özümü Çempionlar Liqasında göstərməyə çalışdım.

“Milan”ın bütün oyunçuları kimi xəyal etməkdə davam edəcəm. Biz Çempionlar Liqasını qazanmaq istəyirik. Buna bir addım da yaxınlaşdıq. Sona qədər mübarizə aparacağıq”.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər