"Çempionlar Liqasını qazanmaq istəyirik" - Yulian Naqelsmann
“Bayern Münhen”in baş məşqçisi Yulian Naqelsmann Çempionlar Liqasının (ÇL) 1\8 final mərhələsində qarşılaşacaqları PSJ ilə oyunlardan danışıb.
Msport.az xəbər verir ki, o, qarşılarına ÇL-i qazanmaq məqsədinin qoyulduğunu deyib:
“Sabah imkan vermək olmaz ki, top Messi, Neymar və ya Mbappeyə çatsın. Amma PSJ-də başqa oyunçular da çıxış edir. Onlarda sürətli cinah müdafiəçiləri və digər istedadlı futbolçular var. PSJ də bizim oyunçuları necə dayandırmaq haqqında düşünür.
ÇL PSJ üçün çox vacibdir. Şanslar 50\50-yədir. Əminəm ki, sabah yüksək səviyyədə çıxış edəcəyik. Ümid edirəm ki, yaxşı nəticə qazana biləcəyik.
Biz Çempionlar Liqasını qazanmaq istəyirik. Bundesliqasının qalibi olmaq çox vacibdir, ancaq mətbuat ona çox önəm vermir. Odur ki, ÇL klub və məniim üçün çox əhəmiyyətlidir”.







