featured-image-30072

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Mançester Siti”yə 0:4 hesablı məğlubiyyəti şərh edib.

Msport.az xəbər verir ki, italiyalı mütəxəssis “Siti”nin üstün olduğunu etiraf edib:

“Rəqib daha yaxşı oynadı və qələbə layiq idi. Matçın əvvəlində onlar bizə ciddi təzyiq göstərdilər və bu nəticə verdi. Hücumları başlamaqda çətinlik çəkirdik. Hesabda geri düşdükdən sonra oyuna qayıtmağımız çətin oldu. İkinci hissədə cəhd elədik, amma alınmadı.

İndi oyunu qiymətləndirməyin mənası yoxdur. Bu cür uduzmaq çox ağırdır. Lakin futbolda belə hadisələr baş verir. Çempionlar Liqasının yarımfinalına çıxırsan, güclü rəqibə uduzub finaldan kənarda qalırsan. Bundan dərs çıxarıb gələn mövsüm daha yaxşı çıxış etmək lazımdır. Növbəti mövsüm? Çempionlar Liqasını qazanmaq üçün “Real”da qalacam.

Oyundan sonra Qvardiolanı təbrik etdim, çünki onun komandası daha yaxşı idi. Ötən mövsüm onları məğlub edə bilmişdik, bu il onların növbəsi idi”.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər