Çempionlar Liqasının final oyununun hakimi dəyişdirilə bilər
UEFA Çempionlar Liqasının final oyunun hakimlərini dəyişə bilər. Msport.az “Sky Sport”a istinadən xəbər verir ki, “Mançester Siti” ilə “İnter” arasında iyunun 10-da keçiriləcək görüşü polşalı Şimon Marçinyak idarə etməli idi.
Lakin qitə futbol qurumu Marçinyakı başqa hakimlə əvəzləyə bilər. 42 yaşlı referi polşalı ultrasağ siyasətçi Slovomir Mençenin təşkil etdiyi tədbirə qatılıb. “Yeni Ümid” partiyasının sədri homofob və antisemitizim çıxışları ilə məşhurdur.
UEFA Marçinyakdan təcili izahat tələb edib. Avropa futbol təşkilatı Mençenin irəli sürdüyü fikirlərin qəti əleyhinədir.
Marçinyakın finalı idarə edib-etməyəcəyi bu gün dəqiqləşəcək.
ANAR







