Çempionlar Liqasının finalı ABŞ-da keçirilə bilər
2033-cü ildə Çempionlar Liqasının bir neçə oyunu, eləcə də final matçı Avropadan kənarda keçirilə bilər.
Msport.az xəbər verir ki, ABŞ turnirin bəzi matçlarına ev sahibliyi etmək istəyir.
UEFA 2027-ci ildən etibarən ABŞ-ın “Relevent Sports” şirkəti ilə kişi klub yarışları üçün yeni kommersiya müqaviləsi bağlamağı planlaşdırır.
Bu şirkət uzun müddətdir ABŞ-da avrokubok oyunlarını təşkil etməyə çalışan Stiven Rossa məxsusdur.
Qeyd edək ki, hələ ötən ilin aprelində UEFA-nın avrokubok oyunlarının başqa qitələrdə keçirilməsini qadağan edən siyasətini dəyişməyi nəzərdən keçirəcəyi bildirilmişdi.