featured-image-48173

Çempionlar Liqasının finalında “Real”ın qapısını kimin qoruyacağına aydınlıq gəlib. Msport.az xəbər verir ki, bu barədə jurnalist Xose Luis Sançes sosial şəbəkədə paylaşım edib.

Madrid klubu iyunun 1-də “Uembli” stadionunda keçiriləcək final matçında “Borussiya Dortmund”la üz-üzə gələcək.

İspaniya təmsilçisinin baş məşqçisi Karlo Ançelotti bildirib ki, Tibo Kurtua mayın 19-da La Liqanın 37-ci turunda “Vilyarreal”la görüşdə qapını qoruyacaq. Andrey Lunin isə 38-ci turda “Betis”lə qarşılaşmada meydanda olacaq.

Çempionlar Liqasının finalında isə “Real”ın çərçivəsi Kurtuaya tapşırılacaq.

Bənzər xəbərlər