featured-image-27574

“Bayern Münhen”in yarımmüdafiəçisi Leon Qoretska Çempionlar Liqasında oynamağı çox sevdiyini deyib. Msport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, turnirin himnini həyatdakı ən gözəl musiqi adlandırıb:

“Çempionlar Liqasının himni həyatdakı ən gözəl musiqidir. Heç vaxt deyə bilmərsiniz ki, onu dinləməkdən bezmisiz. Hər dəfə səslənəndə adamın tükləri biz-biz olur. Uşaqlıqda bu himni dinləyəndə həmişə təsəvvür edirdim ki, meydanda necə dayanıram  və azarkeşləri salamlayıram. Bu xəyal reallığa çevirildi.

Oyuna bir neçə gün qalmış Çempionlar Liqasının topu ilə məşq etməyə başlayırsan və özün-özünə deyirsən ki, “Çempionlar Liqası gecəsi yaxınlaşır”. Bu həqiqətən də nəsə xüsusi, sehrli bir şeydir. Bu turniri digər yarışlarla müqayisə etmək olmaz”.

ANAR ABDULLAYEV

 

Bənzər xəbərlər