featured-image-23070

“Barselona”nın baş məşqçisi Xavi UEFA Avropa Liqsında “Mançester Yunayted”lə keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Msport.az “Goal.com”a istinadən xəbər verir ki, o, komandasının Çempionlar Liqasında olmamasına görə hələ də hirsləndiyini deyib: “Mən evdə Çempionlar Liqasının himnini dinləyəndə əsəb keçirirəm. Tariximizə və böyüklüyümüzə görə, biz o turnirdə olmalıyıq.

Amma biz həqiqətin gözünə dik baxmalıyıq. Avropa Liqası turniri də bizim üçün önəmlidir. Avropada rəqabət aparmağa qadir olub-olmadığımızı bilmək üçün bu yaxşı testdir”.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər