Çempionluğu 1 milyon azarkeş qeyd etdi - Londonda
“Arsenal” İngiltərə Premyer Liqasında son 22 ildə ilk çempionluq titulunu paytaxtda 750 mindən 1 milyona qədər azarkeşin toplandığı irimiqyaslı paradla qeyd edib.
Msport.az xəbər verir ki, azarkeşlər içərisində komandanın oyunçuları olan üstüaçıq avtobusu görmək üçün təxminən 9 kilometrlik marşrut boyunca sıraya düzülüblər.
Parad İslinqton rayonunda baş tutub və təxminən iki saat yarım davam edib. Lakin o başa çatdıqdan sonra da minlərlə azarkeş tarixi qələbəni şəhər küçələrində qeyd etməyə davam edib.
Təntənəli tədbirlər insidentsiz ötüşməyib. Skotlend-Yardın məlumatına görə, 16 nəfər – altısı polis əməkdaşlarına hücum etdiyinə görə – saxlanılıb. İştirakçılardan biri bıçaq xəsarəti alıb və helikopterlə xəstəxanaya çatdırılıb.
Bu titul London klubu üçün İngiltərə Premyer Liqası tarixində 14-cü, komandanın heç bir məğlubiyyət almadığı əfsanəvi 2003/04 mövsümündən bəri isə ilk çempionluq olub. Baş məşqçi Mikel Artetanın rəhbərliyi altında klub daha əvvəl İngiltərə Kubokunu (2020) və iki dəfə ölkə Superkubokunu (2020, 2023) qazanmışdı.







