Çempionluğu əldən verdi, “Ayaks”dan ayrılır
“Ayaks”ın baş məşqçisi Françesko Farioli komandanı tərk edir.
Msport.az xəbər verir ki, italiyalı mütəxəssislə yanaşı, köməkçiləri də Amsterdam təmsilçisindən ayrılır.
Buna səbəb komandanın son turlarda çempionluğu əldən verməsidir. Belə ki, klub mövsümün başa çatmasına bir neçə tur qalmış PSV-ni 9 xal qabaqlasa da, ardıcıl 4 matçda qələbə qazana bilmədiyi üçün çempion ola bilməyib.
Qeyd edək ki, Farioli mövsümün əvvəlində “Ayaks”ın sükanı arxasına keçib. O, 1998-ci ildən sonra bu komandanın ilk italyan və əcnəbi baş məşqçisi olub.