Cengiz Ündərin yeni klubu bilindi - RƏSMİ
Türkiyə millisinin və “Fənərbağça”nın futbolçusu Cengiz Ündər karyerasını ABŞ-da davam etdirəcək.
Msport.az İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi “Los-Anceles” komandasına keçib.
Təcrübəli oyunçu ilə bu ilin iyuluna qədər icarə müqaviləsi imzalanacaq.
Futbolçu MLS təmsilçisi ilə danışıqları yekunlaşdırmaq üçün ABŞ-a uçub.