featured-image-33119

Stiven Cerrardı baş məşqçi postuna gətirən “Əl İttifaq” hücum xəttini gücləndirmək istəyir. Msport.az “Daily Mail”ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu Vilfrid Zahaya rəsmi dəvət göndərib.

30 yaşlı forvarda həftəsi 700 min avro olan əməkhaqqı ilə müqavilə təklif olunub.

“Əl İttifaq” Zahaya ilinə 20 milyon avro verməyi planlaşdırır.

Kotdivuarlı futbolçu “Kristal Pelas”dan ayrıldıqdan sonra azad agentdir.

Hücumçu ilə “Fənərbaxça” da maraqlanır.

O, daha əvvəl “Mançester Yunayted”, “Kardiff Siti” klublarında da çıxış edib.

ANAR 

Bənzər xəbərlər