featured-image-45617

Stanislav Çerçesov milli komandamızın baş məşqçisi postuna namizədlərdən biridir. Msport.az xəbər verir ki, bu barədə “championat.com” saytı məlumat yayıb.

Mənbənin sözlərinə görə, Rusiya yığmasının sabiq baş məşqçisi vakant posta 3 namizəddən biridir. AFFA 60 yaşlı mütəxəssisə rəsmi təklif göndərməsə də, onu namizədlər siyahısına salıb.

Çerçesovun son iş yeri ötən ilin iyulunda tərk etdiyi Macarıstanın “Ferentsvaroş” klubu olub.

Qeyd edək ki, dünən AFFA-nın baş katibi Sərxan Hacıyev heç bir mütəxəssisə təklif göndərmədiklərini  bildirib.

Bənzər xəbərlər