featured-image-29297

“Ferentsvaroş” vaxtından əvvəl Macarıstan çempionu olub. Msport.az xəbər verir ki, 2-ci yeri tutan “Keçkemet” klubu 30-cu turda “Honved”ə 0:1 uduzduqdan sonra Budapeşt təmsilçisinin çempionluğu rəsmiləşib.

29 oyundan sonra 60 xalı olan “Ferentsvaroş” izləyiciləri üçün əlçatmaz olub.

Paytaxt klubu ardıcıl 5-ci mövsümdür ki, ölkə çempionatını qazanır. İki ildir komanda qızıl medallara baş məşqçi Stanislav Çerçesovun rəhbərliyi altında sahib olur.

Rusiyalı mütəxəssis karyerasında 5-ci titulu qazanıb. O, “Ferentsvaroş”dan başqa Polşada “Legiya” ilə həm çempion olub, həm də kuboka yiyələnib.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər