Cerrard “Liverpul”un ən yaxşı oyunçusu sayıldı
Stiven Cerrard “Liverpul”un XXI əsrdə ən yaxşı futbolçusu sayılıb. Msport.az xəbər verir ki, belə bir sorğunu “goal” portalı keçirib.
İngiltərə millisinin sabiq üzvü 1998-2015-ci illər aralığında “Liverpul”un şərəfini qoruyub. O, “qırmızılar”ın heyətində 11 titul qazanıb.
Sorğuda 2-ci yeri misirli hücumçu Muhammed Salah tutub. Uruqvaylı forvard Luis Suares isə 3-cü olub.
4-cü sırada Vircil van Deyk, beşdə isə braziliyalı qapıçı Alison Beker qərarlaşıb.