Cerrard sabiq klubuna qayıtmır
Stiven Cerrard “Reyncers”ə baş məşqçi kimi qayıtmağı planlaşdırmır.
Msport.az xəbər verir ki, 44 yaşlı mütəxəssis karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək niyyətindədir.
Onun ailəsi Şotlandiyaya qayıtmaq istəmir və Yaxın Şərqdə qalmağa üstünlük verir. Bundan əvvəl Cerrardın “Reyncers”in baş məşqçi postuna namizəd kimi nəzərdən keçirildiyi bildirilmişdi.
Qeyd edək ki, Stiven Cerrard bu ilin yanvarına qədər “Əl-İttifaq”ı çalışdırıb.