featured-image-63361

“Liverpul”un keçmiş futbolçusu Luis Suares illər öncə “Arsenal”dan təklif alıb.

Sportlife.az xəbər verir ki, bu barədə uruqvaylı hücumçunun özü açıqlama verib:

“2013-cü ildə “Arsenal”a getmək istəyirdim, çünki onlar hər il Çempionlar Liqasında oynayırdılar. Mənim üçün böyük məbləğ ödəməyə hazır idilər, lakin “Liverpul”dan “Arsenal”a keçmək İngiltərədə ən yaxşı fikir sayılmır”.

Hazırda “İnter Mayami”də çıxış edən Suaresin sözlərinə görə, həmin vaxt komanda yoldaşı Stiven Cerrard ona “Arsenal”a keçməməyi məsləhət görüb: “Mənə dedi ki, komandada qal, gələn il “Barselona”, ​”​Real Madrid” və ya “Bavariya” kimi böyük klublardan təklif alacaqsan. O zaman qərar verə bilərsən, amma “Arsenal”a getmə. Qarşıda hələ bir mövsüm var”.

Suares 2011-2014-cü illərdə “Liverpul”da çıxış edib. Bu müddət ərzində uruqvaylı forvard 133 oyun keçirib, 82 qol vurub və 31 məhsuldar ötürmə edib.

Bənzər xəbərlər