featured-image-61676

İngiltərə Premyer Liqasının XXV turunda “Vulverhempton”la keçirilən oyun “Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold üçün əlamətdar olub.

Msport.az xəbər verir ki, bu, ulduz futbolçunun “qırmızılar”ın heyətində 250-ci matçı olub.

O, Mersisayd təmsilçisində bu saya çatan ən gənc futbolçu olub – 26 yaş, 132 gün. Trent əfsanəvi kapitan Stiven Cerrardın (26 yaş, 250 oyun) rekordunu qırıb.

Qeyd edək ki, “Liverpul” 2:1 hesablı qələbə qazanıb.

Bənzər xəbərlər