featured-image-41370

“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Cessi Linqard karyerasını Fransada davam etdirəcək.

Msport.az “Footmercato”ya istinadən xəbər verir ki, 31 yaşlı futbolçunun agentləri “Lill”lə danışıq aparır. İngiltərəli oyunçu özü də Fransada oynamağa razılıq verib.

Linqardın son klubu iyulda tərk etdiyi “Nottngem Forrest” olub. O, oktyabrda Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubunda məşq edib. Lakin klubun əcnəbi oyunçu limiti bitdiyindən onun transferi həyata keçməyib.

Qeyd edək ki, Linqard “Mançester Yunayted”in yetirməsidir. O, “Lester,” “Birmingem”, “Brayton”, “Derbi”, “Vest Hem”,  klublarında da çıxış edib.

Bənzər xəbərlər