Çexiya millisinin baş məşqçisi istefa verdi
Çexiya millisi baş məşqçisi Yaroslav Şilqavi ilə vidalaşıb.
Msport.az xəbər verir ki, 62 yaşlı mütəxəssis komandasına AVRO-2024-ün final mərhələsinə vəsiqə qazandırsa da, istefa verib.
O, seçmə mərhələnin Moldova (3:0) ilə son turunun matçından sonra qərarını açıqlayıb. Onun komandası E qrupunda ikinci yeri tutaraq, final mərhələsinə vəsiqəni rəsmiləşdirib.
Qeyd edək ki, Yaroslav Şilqavi 2018-ci ildən Çexiya yığmasını çalışdırırdı. Komanda onun rəhbərliyi altında AVRO-2020-nin 1/4 finalına qədər irəliləyib.