Çexiyalı futbolçu "Qarabağ"la oyunda meydana çıxacaq
Almaniyanın “Bayer 04” klubunun futbolçusu Patrik Şik evdə “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda iştirak edəcək.
Msport.az “Bild”ə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xabi Alonso məlumat verib.
O, “Volfsburq”a 2:1 hesabı ilə qalib gəldikləri Bundesliqanın VIII tur matçında çexiyalı hücumçunu riskə atmaq istəmədiklərini söyləyib.
İspaniyalı mütəxəssis təcrübəli forvardın “Qarabağ”la qarşılaşmada şans qazana biləcəyini vurğulayıb.
Qeyd edək ki, “Bayer 04” – “Qarabağ” oyunu oktyabrın 26-da “Bay-Arena”da keçiriləcək. Patrik Şik martdan etibarən zədə səbəbindən meydana çıxmayıb.