Ceydon Sanço sabiq klubuna qayıdır?
İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Ceydon Sanço karyerasını yenidən Almaniyada davam etdirə bilər.
Msport.az ESPN-ə istinadən xəbər verir ki, Dortmund “Borussiya”sı 23 yaşlı vingeri icarəyə götürməyə hazırdır.
Bundesliqa təmsilçisi “qırmızı şeytanlar”dan oyunçunun maaşının bir hissəsini ödəməsini istəyir.
Qeyd edək ki, 2021-ci ildən “Mançester Yunayted”də çıxış edən oyunçunun müqaviləsi 2026-cı ildə başa çatmalıdır. O, 2017 – 2021-ci illərdə “Borussiya”nın formasını geyinib.