featured-image-39511

ABŞ-ın “Los-Anceles Qelaksi” klubundan ayrılacağı gözlənilən Xavyer Ernandes (Çiçarito) karyerasını harada davam etdirə biləcəyini açıqlayıb.

Msport.az xəbər verir ki, məşhur insayder Fabritsio Romano 35 yaşlı hücumçunun fikirlərini yayımlayıb.

Meksikalı forvard bir sıra ölkələrdən təkliflər aldığını bildirib: “Mən MLS, Avropa, Meksika və Səudiyyə Ərəbistanında olan layihələri qiymətləndirirəm. Futboldan həzz almağa davam etdmək istəyirəm”.

Qeyd edək ki, Çiçarito bu mövsüm bütün turnirlərdə 12 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər