“Çirkli pulların yuyulmasında” şübhəli bilinir - Samuel Eto
Kamerun Futbol Federasiyasının prezidenti Samuel Etonun bu qurumdan 600 min dollar mənimsədiyi iddia olunub.
Msport/az xəbər verir ki, federasiya rəhbəri cinayət sövdələşməsi vasitəsilə “çirkli pulların yuyulmasında” şübhəli bilinir.
Bu məbləğin 2023-cü ildə Kamerunun Meksika ilə matçına görə oyunçulara nəzərdə tutulan mükafat olduğu, yığma üzvlərinin onlar üçün ayrılan ödənişləri almadıqları bildirilib. Bu səbəbdən Eto haqqında Federal Təhqiqat Bürosuna (FTB) və Amerika Birləşmiş Ştatlarının Ədliyyə Nazirliyinə şikayət edildiyi vurğulanıb.
Qeyd edək ki, “Barselona”, “Real”, “İnter”, “Milan” kimi klubların, həmçinin Kamerun yığmasının (118 oyun, 56 qol) formasını geyinmiş Samuel Eto 2021-ci ildən ölkəsinin futbol federasiyasının prezidenti vəzifəsini icra edir.