featured-image-46693

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunlarını üçün təyinatlar açıqlanıb.

Msport.az xəbər verir ki, “Barselona” (İspaniya) – PSJ (Fransa) matçını (ilk oyun – 3:2) rumıniyalı İştvan Kovaç idarə edəcək.

“Borussiya” (Dortmund, Almaniya) – “Atletiko” (Madrid, İspaniya) görüşündə (ilk oyun – 1:2) isə sloveniyalı Slavko Vinçiç iş başında olacaq.

Hər iki oyun aprelin 16-da baş tutacaq.

Aprelin 17-də daha iki 1/4 final mərhələsi baş tutacaq. “Mançester Siti” – “Real Madrid” matçının (ilk oyun – 3:3) baş hakimi italiyalı Daniele Orsato olacaq. “Bayern” – “Arsenal” oyununda (ilk görüş – 1:2) Denni Makkelinin rəhbərlik etdiyi niderlandlı hakimlər briqadası iş başında olacaq.

Bənzər xəbərlər