ÇL: Bordinin “Şerif”i uduzdu, Kuçkalı “Slovan” qələbə qazana bilmədi
UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk matçlarına yekun vurulub. Msport.az xəbər verir ki, ikinci oyun günündə 5 görüş keçirilib.
Maraqla gölənilən “Astana” – “Dinamo” (Tbilisi) qarşılaşmasında qalib müəyyənləşməyib – 1:1.
“Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordinin çalışdırdığı “Şerif” səfərdə Rumıniya təmsilçisi “Farul”a uduzub – 0:1.
“Slovan”ın evdə Lüksemburqun “Hesperange” komandasını məğlub edə bilməməsi gecənin əsəs sürpriz nəticələrindən olub.
Meydan sahiblərinin heyətində “Milan”ın sabiq oyunçusu Yuray Kuçka qırmızı vərəqə alıb.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
12 iyul
18:00. “Astana” (Qazaxıstan) – “Dinamo” (Tbilisi, Gürcüstan) – 1:1
Qollar: Abat Aymbetov, 11 – Qabriel Siqua, 57
20:00. HIK (Finlandiya) – “Larne” (Şimali İrlandiya) – 1:0
Qol: Boyan Raduloviç, 3 (penalti)
21:00. “Haken” (İsveç) – TNS (Uels) – 3:1
Qollar: İbrahim Sadiq, 7. Mikkel Rüqor, 13. Even Hovland, 37 – Deklan Makmanus, 32
21:30. “Farul” (Rumıniya) – “Şerif” (Moldova) – 1:0
Qol: David Kiki, 56
22:30. “Slovan” (Slovakiya) – “Svift Hesperange” (Lüksemburq) – 1:1
Qollar: Vladimir Vayss, 25 – Dominik Ştolts, 22 (penalti)
Qırmızı vərəqə: Yuray Kutska, 45+6 (“Slovan”)
Qeyd edək ki, I təsnifat mərhələsinin cavab oyunları 18-19 iyulda keçiriləcək.







