featured-image-25418

UEFA Çempionlar Liqasının 1/4 final, yarımfinal və final mərhələlərinin püşkü atılıb.

Msport.az xəbər verir ki, UEFA-nın Nyondakı mənzil-qərargahında baş tutan mövsümün son püşkatma mərasiminə Bakı vaxtı ilə saat 15:00-da start verilib.

Əvvəlki mərhələlərdən fərqli olaraq, bu dəfə “kor püşk” olub. Yəni mübarizəni davam etdirən 8 komandanın hər biri istənilən kluba rəqib ola bilərdi.

1/4 finaldakı cütlüklərlə yanaşı, yarımfinalın potensial cütlükləri və finalın mümkün “ev sahibi” də müəyyənləşib.

1/4 final mərhələsinin ilk oyunları aprelin 11-12-də, cavab görüşləri 18-19-da keçiriləcək. Yarımfinal qarşılaşmaları 9-10 və 16-17 mayda oynanılacaq. Çempionlar Liqasının finalı isə iyunun 10-da İstanbuldakı “Atatürk Olimpiya Stadionu”nda baş tutacaq.

Püşkatmanın nəticələri belə olub:

1/4 final
1. “Real” (İspaniya) – “Çelsi” (İngiltərə)
2. “Benfika” (Portuqaliya) – “İnter” (İtaliya)
3. “Mançester Siti” (İngiltərə) – “Bayern” (Almaniya)
4. “Milan” (İtaliya) – “Napoli” (İtaliya)

Yarımfinal
A: 4-cü cütün qalibi – 2-ci cütün qalibi
B: 1-ci cütün qalibi – 3-cü cütün qalibi

Final
B cütünün qalibi – A cütünün qalibi

Bənzər xəbərlər