ÇL: "Ferentsvaroş" büdrədi, "Qarabağ"ın rəqibindən çətin qələbə
Çempionlar Liqasında birinci təsnifat mərhələsinin ilk oyunlarına start verilib.
Msport.az xəbər verir ki, “Qarabağ” “Linkoln”a çətinliklə qalib gəlib. Ağdam təmsilçisinin potensial rəqibləri “Rakuv” və “Flora” isə Polşada üz-üzə gəlib. Meydan sahibləri minimal üstünlüklə qələbə qazanıblar. Sürpriz nəticələrdən biri “Ferentsvaroş”un “Klaksvik”i məğlub edə bilməməsi olub.
Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
“Urartu” (Ermənistan) – “Jrinski Mostar” (Bosniya və Herseqovina) 0:1
“Linkoln” (Cəbəllütariq) – “Qarabağ” (Azərbaycan) 1:2
“Jalqiris” (Litva) – “Struqa” (Şimali Makedoniya) 0:0
“Hamrun” (Malta) – “Makkabi” (Hayfa, İsrail) 0:4
“Olimpiya” (Sloveniya) – “Valmiera” (Latviya) 2:1
“Rakuv” (Polşa) – “Flora” (Estoniya) 1:0
“Ballkani” (Kosovo) – “Ludoqorets” (Bolqarıstan) 2:0
“Klaksvik” (Farer adaları) – “Ferentsvaroş” (Macarıstan) 0:0
“Partizani” (Albaniya) – BATE (Belarus) 1:1
“Şemrok Rovers” (İrlandiya) – “Breydablik” (İslandiya) 0:1







