ÇL: Həftənin ən yaxşı oyunçusu adına 4 namizəd
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin dörd cavab oyunundan sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Msport.az xəbər verir ki, bu ada ənənəvi olaraq 4 namizəd var.
Bunlar Mark Kukurelya (“Çelsi”, İngiltərə), Rafa Silva (“Benfika”, Portuqaliya), Tomas Müller (“Bayern”, Almaniya) və Fikayo Tomoridir (“Milan”, İtaliya).
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermə yolu ilə bəlli olacaq.