ÇL: Kubok "Mançester Siti"nin!
Bu gün UEFA Çempionlar Liqasının 2022/2023 mövsümünün final oyunu keçiriləcək.
Msport.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində olacaq həlledici görüşdə “Mançester Siti” və “İnter” qarşılaşacaq.
Atatürk Olimpiya Stadionundakı oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.
Çempionlar Liqasında ikinci dəfə finala yüksələn “Mançester Siti” bu turnirdə qalib olmayıb. “İnter” isə ÇL-də oynadığı 6 finalın yarısından qələbə ilə ayrılıb.
Maraqlıdır ki, bu komandalar ÇL-də ilk dəfə üz-üzə gəlirlər.
UEFA Çempionlar Liqası
Final
10 iyun
Mançester Siti – İnter 1:0
Qol: Rodri, 68.
Baş hakim: Şimon Marçinyak (Polşa).
İstanbul, Atatürk Olimpiya Stadionu.
Mançester Siti: 31. Ederson, 3. Ruben Dias, 5. Con Stounz, 6. Natan Ake, 8. İlkay Gündoğan, 9. Erlinq Haland, 10. Cek Qriliş, 16. Rodri, 17. Kevin De Bruyne, 20. Bernardo Silva, 25. Manuel Akanci
Baş məşqçi: Xosep Qvardiola.
İnter: 24. Andre Onana, 2. Denzel Dumfris, 9. Edin Dzeko, 10. Lautaro Martines, 15. Françesko Açerbi, 20. Hakan Çalhanoğlu, 23. Nikola Barella, 32. Federiko Dimarko, 36. Matteo Darmian, 77. Marselo Brozoviç, 95. Alessandro Bastoni
Baş məşqçi: Simone İnzaqi.







