ÇL: "Real"dan inamlı qələbə, "Milan" minimal üstünlüyə yiyələndi
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.. Msport.az xəbər verir ki, iki İtaliya klubu “Milan” və “Napoli” “San Siro”da üz-üzə gəlib.
Gecənin əsas oyunu isə Madriddə “Real”la “Çelsi” arasında olub.
UEFA Çempionlar Liqası
1/4 finalın ilk oyunları
12 aprel
Milan (İtaliya) – Napoli (İtaliya) 1:0
Qol: İ.Bennaser, 50.
Qırmızı vərəqə: A.Anqissa, 75 (Napoli)
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Milan. “San Siro” stadionu.
Real (İspaniya) – Çelsi (İngiltərə) 2:0
Qol: K.Benzema, 22, M.Asensio, 74.
Qırmızı vərəqə: B.Çiluell, 59 (Çelsi)
Baş hakim: Fransua Leteksye (Fransa).
Madrid. “Santyaqo Bernabeu” stadionu.







