featured-image-27668

“Mançester Siti” İngiltərə klubları arasında Çempionlar Liqasında (ÇL) rekorda nail olub. Msport.az “Opta”ya istinadən xəbər verir ki, şəhərlilər” ÇL-də 25 oyundur öz meydanlarında uduzmurlar.

Qvardiolanın rəhbərlik etdiyi komanda ÇL-in 1\4 final mərhələsinin ilk görüşündə “Bayern Münhen”in qapısından 3 cavabsız top keçirib. Bu matçdan sonra “Siti”nin ÇL-də məğlubiyyətsiz oyunlar seriyası 25-ə yüksəlib – 23 qələbə, 2 heç-heçə. Bu görüşlərdə ümumi top fərqi 81:19 “Mançester Siti”nin xeyrinədir.

Qeyd edək ki, “Bayern”lə “Siti” arasında cavab oyunu aprelin 19-da keçiriləcək.

ANAR 

 

Bənzər xəbərlər