featured-image-60297

UEFA Çempionlar Liqasında (ÇL) ötən gün keçirilmiş “Brügge” (Belçika) – “Yuventus” (İtaliya) oyununda maraqlı hadisə baş verib.

Msport.az xəbər verir ki, komandalar matç ərzində çərçivəyə cəmi bir dəqiq zərbə endiriblər.

Bu isə Turin təmsilçisinin aktivinə yazılıb.

Qitənin bir nömrəli klub turnirində sonuncu belə hal 2012-ci ilin oktyabrında yaşanıb. Həmin vaxt “Lill” (Fransa) – “Bayern” (Almaniya) görüşünündə bir dəqiq zərbə qeydə alınıb.

Qeyd edək ki, “Brügge” (Belçika) – “Yuventus” (İtaliya) matçı qolsuz yekunlaşıb.

Bənzər xəbərlər